"Mən qumar oynamıram"

04.02.2015 | 3605 dəfə oxunub

"Kembric Yunayted"i 3 cavabsız qolla məğlub edən "Mançester Yunayted" İngiltərə kubokunda yoluna davam edir. Stadium.Az xəbər verir ki, klubun baş məşqçisi Lui van Qaal oyundan sonra maraqlı açıqlamalarla yadda qalıb.

"Bizim real imkanlarımız var. "Mançester Yunayted" İngiltərə kubokunda mübarizəni davam etdirən ən səviyyəli klubdur. Bəlkə də, insanlar bizim turnirdə qalib olacağımıza pul qoyublar. Mən sizə məsləhət verə bilərəm. Özüm qumar oynamıram. Düşünürəm ki, səviyyəli komandaların nisbətən zəif komandalar qarşısında şansları çoxdur. Amma "Arsenal" da hazırda titul uğrunda mübarizəsii davam etdirir. "Liverpul" da həmçinin".

Van Qaal "Mançester Yunayted"in sonuncu dəfə 43 il əvvəl qarşılaşdığı "Preston"un növbəti mərhələdə komandaya rəqib olmasına münasibət bildirib: "Preston" kubokda yaxşı təsir bağışlayan "Şeffild Yunayted"i məğlubiyyətə uğradıb. Rayan Qiqqs mənə dedi ki, onlar rəqibə 3:1 qalib gəliblər. Buna görə "Preston" asan tikə deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail