Aryen Robbendən yeni rekord

08.03.2015 | 3724 dəfə oxunub

Almaniya Bundesliqasının XXIV turu çərçivəsində səfərdə “Hannover” üzərində 1:3 hesabı ilə qələbə qazanan “Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben üçün əlamətdar olub. Stadium.AZ xəbər verir ki, Münhen klubunun 3 xala sevindiyi matçda hollandiyalı futbolçu rekorda imza atıb.

 

Belə ki, 31 yaşlı oyunçu ölkə çempionatında komandası ilə çıxdığı 126 görüşdə yubiley – 100-cü qalibiyyətinə sevinib. Çünki Robben ən tez bu nailiyyəti qazanan ilk futbolçu ünvanına sahib olub. Daha əvvəl bu rekorda yiyələnən “Bavariya”nın digər 2 oyunçusu Tomas Müller və Villi Sanyol olub ki, onlar da 148 qarşılaşmda bu uğuru əldə edib.

 

Xatırladaq ki, “Hannover”lə oyunda “Bavariya”nın qollarını Xabi Alonso (28) ilə Tomas Müller (61-pen; 72) vurub.

 

Qeyd edək ki, Robben 2009-cu ildən “Bavariya”da forma geyinir. O, cari mövsümdə Bundesliqada 19 matçda meydana çıxıb və rəqib qapılarından 17 top keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail