Sterlinq Pelleqrinidən şikayətləndi

02.10.2016 | 3217 dəfə oxunub

“Mançester Siti”nin futbolçusu Rəhim Sterlinq komandanın əvvəlki çalışdırısı Manuel Pelleqrinidən şikayətlənib. Stadium.az xəbər verir ki, Sterlinq çilili mütəxəssisin rəhbərliyi altında öz oyununu nümayiş etdirə bilmədiyini deyib:

“Mənim üçün çox çətin dönəm idi. Çünki Pelleqrininin rəhbərliyi altında bacardığım futbolu sərgiləyə bilmirdim. Sanki komandada hamı iki toxunuş kralı idi. Bütün məşqlər də topa cəmi iki toxunuş üzərində qurulurdu. Topu götürüb, fənd edib, driblinq nümayiş etdirə bilmirdim.

Mən müdafiəçiləri aldadıb, oyundan həzz almağı xoşlayıram. Lakin iki toxunuşla bunu etmək mümkün deyil. Məşqdə edilənlər isə adət halını alır və rəsmi oyunlarda təkrarlanır”.

Sterlinq bu mövsüm İngiltərə Premyer-Liqasında 6 oyuna çıxıb və 4 qol vurub.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail