Dieqo Simeone: "Bu vəziyyəti dəyişəcəyimizə inanıram"

31.10.2017 | 4359 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oyunöncəsi mətbuat konfransı təşkil edilib. Stadium.az qol.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis birbaşa jurnalistlərin suallarını cavablandırıb:

- Bakıdakı oyundan öncə komandada özünəinam daha çox idi, yoxsa indi?

- O oyun artıq geridə qalıb. Hazırda yalnız sabahkı matça köklənmişik.

- Bu gün “Visente Kalderon”da məşq keçdiniz. Bu, necə hiss idi?

- Bu, xüsusi bir hiss idi. Orda məşq etmək bizim üçün çox xoş oldu.

- İlk oyundan sonra Qarabağ, bu bölgənin tarixi barədə məlumatınız olmadığını demişdiniz. Bakıdakı matçdan sonra bu barədə məlumat almısınız?

- Yox.

- Sizə qarşı olan tənqidləri qəbul edirsiniz?

- Məşqçi olaraq əsas məsuliyyət mənim üzərimə düşür. Ancaq “Çelsi” ilə matçın yalnız son dəqiqələrində qol buraxdıq. “Roma” ilə matçda da yaxşı oynamışdıq. Yalnız “Qarabağ”la qarşılaşmada zəif təsir bağışladıq. Ümumiyyətlə, bu vəziyyəti dəyişəcəyimizə inanıram.

- 14 oyunun yalnız 1-də məğlub olmusunuz…

- Hər oyunda qalib gəlmək lazımdı. Narahatlıq olmasaydı, bu, normal olmazdı,

- Antuan Qrizmann son vaxtlar qol vurmaqda çətinlik çəkir. Sizcə, “Atletiko”nun hazırda düşdüyü vəziyyət bununla bağlı ola bilərmi?

- Tənqidləri qəbul edirik. Bu, normaldı.

- Son illərdə azarkeşləri pis öyrətmisiniz. İki dəfə ÇL-də final oynamısınız. Sabahkı matçda qalib gəlməsəz, bu, sizin üçün pis nəticələnə bilər?

- Sabahkı oyun hamımız üçün vacibdi. Qalib gəlməli olduğumuzu bilirik. Ona görə, sabahkı oyunda yalnız qələbəyə köklənmişik.

- Maraqlıdı, bu gün niyə burda yox, “Visente Kalderon”da məşq etməyə üstünlük verdiniz.

- Məşqçilərlə belə qərara gəldik ki, “Visente Kalderon”da məşq etmək daha yaxşı olar. Xüsusi bir səbəbi yoxdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail