Salah: "Yalan söyləməyəcəm, bombardir də olmaq istəyirəm"

16.04.2018 | 3334 dəfə oxunub

"Liverpul"un futbolçusu Məhəmməd Salah "Qızıl buts" mükafatı uğrunda mübarizədə lider olmasına münasibət bildirib.

Stadium.az xəbər verir ki, misirli hücumçu fərdi mükafatdansa, komandasının uğurunun önəmli olduğunu vurğulayıb: "Lider olmaq gözəl hissdir. Komandama kömək etmək üçün qollar vururam və buna görə də xoşbəxtəm. Əgər Çempionlar Liqası ilə "Qızıl buts" arasında seçmim etmək məcburiyyətində qalsam, şübhəsiz, Çempionlar Liqasını seçərəm. Bu turnirin qalibi olmaq möhtəşəm uğur olar".

30 qolla İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olan Salah bildirib: "Yalan söyləməyəcəm, çempionatın ən yaxşı bombardiri olmaq istəyirəm. Komanda yoldaşlarım mənə ötürmə verərək kömək etməyə çalışır".

M.Salah bu mövsüm 45 oyunda 40 qol vurub.

"Liverpul" ÇL-in yarımfinalında "Roma" ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail