Qvardiola: "Özümüzün nə etdiyimizə baxmalıyıq, hakimlərin yox"

09.01.2012 | 5486 dəfə oxunub

Kataloniya derbisində "Espanyol"la 1:1 hesablı heç-heçə edən "Barselona"nın baş məşqçisi Qvardiola komandasının hələ də La Liqa çempionluğu üçün yarışın içində olduğunu bildirib. Stadium.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında danışan Qvardiola "Real"la xal fərqinin 5-ə yüksəlməsi ilə əlaqədar da fikir bildirib.

40 yaşlı mütəxəssisin fikrincə, Madrid klubu qarşıdakı bəzi oyunlarda çətinlik çəkə və xal itkisi ilə üzləşə bilər: "La Liqa hələ bitməyib. Düşünmürəm ki, çempionatın önəmli bölümündə geridə olmaqla hər şeyi itirmişik. Doğrudur, çempionluq mübarizəsində qarşımızda çox güclü bir klub var, ancaq onlarında gələcəkdə xal itirəcəklərini düşünürəm".

Qvardiola son dəqiqədə yaşanmış penalti epizodu ilə bağlı suala cavab verərən hakimliklə bağlı danışmaq istəmədiyini bildirib: "Səhvlərimiz üzərində işləməli və komandaya yaraşan formada futbol oynamalıyıq. Özümüzün nə etdiyimizə baxmalıyıq, hakimlərin yox. "Barselona" olaraq, hadisələrə bu cür yanaşmalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail