Mourinyo "Barselona"nın yox, "Milan"ın matçını izləyib

17.01.2012 | 6058 dəfə oxunub

Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama ilə diqqət mərkəzi düşüb. Stadium.az xəbər verir ki, portuqaliyalı mütəxəssis heç bir şey sübut etmək məcburiyyətində olmadığını bildirib.

Bu gün keçirilən məşqdən sonra təşkil etdiyi mətbuat konfransında "Barselona" ilə qarşılaşma barədə danışan Mourinyo bunları dilə gətirib: "Bu oyun, əlbəttə ki, çox böyük bir qarşılaşmadır. Ancaq mən nə isə sübut etməli deyiləm".

Bir jurnalistin "Barselona" ilə oyunda qələbə qazanmağı karyeranız baxımından müsbət bir addım kimi dəyərləndirərdiniz" sualına Mourinyo belə cavab verib: "Bundan sonra neçə kubok qazanmalıyam?! Mənim üçün artıq qələbə qazanmaq şəxsi bir məmnunluqdur. "Barselona" qarşısında ən yaxşı nəticə turu keçmək olacaq".

Mourinyo daha sonra katalonların baş məşqçisi Pep Qvardiola ilə münasibətlərində bir dəyişiklik olmadığını və həmişəki kimi davranacağını deyib. Daha sonra isə o, "Barselona" - "Betis" matçını yox, həmin gecə keçirilən "Milan" - "İnter" qarşılaşmasını izlədiyini vurğulayıb.

İspaniya kubokunda "Real" sabah - yanvarın 18-də "Barselona" ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail