Mourinyo Ronaldonu heyvana bənzətdi

18.01.2012 | 5990 dəfə oxunub

İspaniya kubokunun 1/4 final mərhələsində bu gün "Barselona"nı qəbul edəcək Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo qarşılaşma barədə fikirlərini bölüşüb. Stadium.az xəbər verir ki, portuqaliyalı mütəxəssis əzəli rəqibləri ilə oyun barədə bunları dilə gətirib:

"Əsas hədəfimiz La Liqada çempion olmaqdır. Lakin bizi "Barselona" ilə möhtəşəm bir oyunun gözlədiyini də bilirik. Belə qarşılaşmalarda yaxşı oyun göstərməyə çalışırsınız. Əgər mümkün olsa, bütün oyunçularımdan istifadə edərdim".

Mourinyo daha sonra La Liqanın son turunda səfərdə "Malyorka"nı 2:1 hesabı ilə yendikləri oyun barədə də danışıb və Kriştiano Ronaldo haqqında maraqlı fikirlər səsləndirib: "Ronaldo "Malyorka" ilə oyunda heyvan kimi işlədi. Komanda üçün nə lazımdırsa, etdi. Ronaldo həmişə qol vurmaq və matçın adamı seçilmək məcburiyyətində deyil. İkinci hissədən sonra Ronaldoya dedim ki, heç kim ona toxuna bilməz. Necə ki, qələbə komanda şəklində qazanılır, məğlub olanda da bütün komanda məğlub olur. Bu qədər sadədir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail