İspaniya kuboku: Son yarımfinalçı "Valensiya" oldu - YENİLƏNİB

27.01.2012 | 10074 dəfə oxunub

İspaniya kubokunda 1/4 final mərhələsinin cavab matçları keçirilib. Stadium.az xəbər verir ki, ilk oyun günündə bir matç olub. Səfərdə "Espanyol"a yenilmiş aşağı dəstə təmsilçisi "Mirandes" ev oyununda sərfəli nəticə əldə edib və sensasiya göstərərək yarımfinala vəsiqə qazanıb.

İkinci oyun günündə daha iki qarşılaşma keçirilib. "Malyorka" azarkeşləri önündə "Atletik"lə qarşılaşıb və ilk oyunda olduğu kimi yenə rəqibinə boyun əyib.

"Barselona" isə səfərdə məğlub etdiyi Madrid "Real"ı ilə ev oyununda üz-üzə gəlib. Matçda Madrid təmsilçisi üstün başlayıb. Joze Mourinyonun rəhbərliyindəki komanda ardıcıl bir neçə epizodda "Nou Kamp"a gəlmiş azarkeşləri həyəcanlandırıb. Lakin qolu "Barsa" vurub. İlk hissənin sonlarında daha bir dəfə fərqlənən katalonların matçı rahatlıqla qələbə ilə başa vuracağı düşünülsə də, "Real" ikinci hissədə hesabı bərabərləşdirib. Bundan sonra da qol imkanları olan "Real" üçüncü dəfə uğur qazana bilməyib və "Barselona" yarımfinala yüksəlib.

"Valensiya" isə ilk oyunda fərqli yendiyi "Levante"ni səfərdə də darmadağın edib və yarımfinala yüksəlib. 


İspaniya kuboku
1/4 final, cavab matçları

24 yanvar
 
Mirandes – Espanyol – 2:1 (ilk oyun – 2:3)
 
25 yanvar
 
Malyorka – Atletik - 0:1 (0:2)
Barselona – Real - 2:2 (2:1)
 
26 yanvar
 
Levante – Valensiya - 0:3 (1:4)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail