"Çelsi"nin qələbəsi "Başakşəhər" və "Lion"u da sevindirdi

30.05.2019 | 4986 dəfə oxunub

Çelsi"nin Avroliqanın qalibi olması "Lion" və "Başakşəhər"in işinə yarayıb. 

Stadium.az xəbər verir ki, Maurisio Sarrinin komandasının finalda "Arsenal"a üzərində qələbə (4:1) qazanması ən çox "Lion"a kömək olub. Fransa Liqasında cari mövsümün üçüncüsü Çempionlar Liqasında mübarizəyə 3-cü təsnifat mərhələsində deyil, birbaşa qrupdan başlayacaq. Belə ki, UEFA-nın mövcud qaydalarına əsasən, Avropa Liqasının qalibi olan komanda növbəti mövsümdən birbaşa Çempionlar Liqasının qrupunda iştirak hüququ qazanır. "Çelsi" İngiltərə Premyer Liqasındakı nəticəsinə görə ÇL-in qrupunda oynamaq hüququnu təmin etdiyi üçün boşalmış bu vəsiqə UEFA reytinqində 5-ci olan ölkənin - Fransa çempionatının 3-cüsü "Lion"a verilib. Həmçinin Türkiyə Superliqasını 2-ci pillədə tamamlayan “Başakşəhər” isə ÇL-ə 2 yox, 3-cü təsnifat mərhələsindən qatılacaq. İstanbul təmsilçisi bu mərhələdə məhz “Lion”u əvəz edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail