İngiltərə FA Cup: "Liverpul" növbəti mərhələdə, "Tottenhem" üçün revanş şansı - YENİLƏNİB

20.02.2012 | 6639 dəfə oxunub

İngiltərə Federasiya Kubokunda (FA Cup) beşinci turunun oyunları keçirilib star verilib. Stadium.az xəbər verir ki, cari mərhələ çərçivəsində 8 qarşılaşma olub.

Bu oyunların 4-də qalib müəyyənləşib və növbəti mərhələyə yüksələn klublara aydınlıq gəlib. "Everton" ev oyununda "Blekpul"u üstələyib. "Miloul"dan güclü olan "Bolton" və "Norviç"i yenən "Lester" isə səfərdə sevinib. "Sanderlend" azarkeşləri önündə "Arsenal"ı iki cavabsız qolla şok məğlubiyyətə uğradıb və növbəti mərhələyə adlayıb.

"Çelsi" - "Birminqem" matçı isə heç-heçə başa çatıb. Növbəti mərhələyə adlayacaq komanda "Birminqem"in meydanında keçiriləcək cavab matçından sonra bəlli olacaq.

Cari turun daha üç qarşılaşması ikinci oyun günündə keçirilib. "Liverpul" ev oyununda "Brayton"la qarşılaşıb və asan qələbə qazanaraq mərhələ adlayıb. "Tottenhem" səfərdə "Stiveneyc"in müqavimətini qıra bilməyib. Buna görə də, tərəflər arasında "Tottenhem"in meydanında cavab qarşılaşması keçiriləcək. Səfərdə "Krouli" klubunu iki cavabsız qolla keçən "Stok Siti" isə növbəti mərhələyə vəsiqə qazanıb.


İngiltərə Federasiya Kuboku
Beşinci mərhələ

18 fevral

Çelsi – Birminqem – 1:1
Everton – Blekpul – 2:0
Miloul – Bolton – 0:2
Norviç – Lester – 1:2
Sunderland – Arsenal – 2:0


19 fevral

Krouli - Stok Siti - 0:2
Stiveneyc - Tottenhem - 0:0
Liverpul - Brayton & Hou - 6:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail