"Sadio Mane hamı üçün böyük nümunədir"

04.07.2023 | 536 dəfə oxunub

"Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Yaya Ture "şəhərlilər"in rəsmilərindən Sadio Mane ilə müqavilə imzalamağı xahiş etdiyini açıqlayıb.

"BBC"ə danışan afrikalı veteran futbolçu seneqallı barədə xoş fikirlər səsləndirib:

"Mən həmişə onunla birlikdə oynamaq istəyirdim. "Mançester Siti"də olduğum dövrdə Mane "Sauthempton"un formasını geyinirdi. Onun performansını yüksək qiymətləndirdim və rəhbərlikdəki bəzi şəxslərdən seneqallını komandaya gətirmələrini xahiş etmişdim. Amma alınmadı. Sonradan Yurgen Klopp onu öz komandasına götürdü və "Liverpul"da nələr etdiyini gördünüz. Onu futbolçu kimi bəyənirəm, hər şeyi idarə edir, ölkəsindəki insanlara verdiyi dəstək inanılmazdır. Bəzən mediada onun haqqında oxuyanda "dəli" oluram. Jurnalistlər ondan soruşurlar: "Niyə sizin Ferrari və başqa bir avtomobiliniz yoxdur?". Mane həmişə deyir ki, mənə "Ferrari" lazım deyil, adi maşına üstünlük verirəm". Onun vətənində xeyriyyə işlərini necə apardığını görürük. O, hamı üçün böyük nümunədir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail