"Bu futbolçular bizim övladlarımızdır"

13.11.2014 | 5312 dəfə oxunub

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Braziliyayla yoxlama matçından sonra açıqlama verib. Stadium.Az xəbər verir ki, təcrübəli mütəxəssis 0:4 hesablı məğlubiyyəti belə şərh edib:

"Çox yaxşı komandaya qarşı oynadıq. Keçirdikləri son 5 yoldaşlıq oyununda qol buraxmayıblar. Rəqib daha çox qol vura bilərdi, ancaq bizim də iki epizodda fərqlənmək imkanımız oldu. Bu məğlubiyyət bizə dərs olmalıdır. Çox nadir hallarda komandada aciz vəziyyətdə qalmışam. Mən də daxil olmaqla Türkiyədə hər kəs həqiqətlərlə üzləşməlidir.

Beynəlxalq arenada uğur qazanmaq üçün bir sıra layihələr təşkil olunmalıdır. Burada daha önəmli məsələ var. Bu futbolçular bizim övladlarımızdır. Bacardıqlarını etdilər. Beş dəfə dünya çempionu olmuş bir komandaya qarşı oynadıq. Braziliyada Neymar, Villian, hər kəs alqışlanmalıdır. Bizim futbolçular da.

Onlar pis oynaya bilərlər. Matçın 19-cu dəqiqəsində qol buraxan kimi fitə basmalar, alqışlamalar başladı. Oyunun 15-ci dəqiqəsində federasiya prezidentinə etirazlar edildi. Mən Qazaxıstanla seçmə mərhələ oyunundan sonra Argentina ilə də qarşılaşmağımızı istəyirəm. Azarkeşlər Messini də izləsinlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail