"Qalatasaray" satılır

14.09.2011 | 6203 dəfə oxunub

"Qalatasaray"ın səhmlərinin bir hissəsi satılacaq. Stadium.az xəbər verir ki, "Qalatasaray" İdman Klubu Dərnəyi "Qalatasaray" Sportifin 20,3 faizlik hissələrinin satılması üçün Mərkəzi Qeydiyyat Komitəsinə (MKK) müraciət edib. 20,3 faizlik hissələrə 172 milyon lirə (71 milyon avro) qiymət qoyulub. 
"Habertürk"ün xəbərinə görə, hissələri almağa beynəlxalq bir fond və "Qalatasaray" Təhsil Fondu namizəddi. Ünal Aysal klub prezidenti olmadan öncə AIG-də olan bu hissələri almış və daha sonra OVT Fonduna satmışdı. Ardınca klub səhmləri almaq üçün böyük əmək sərf etmişdi. Son olaraq "Qalatasaray"ın iki şirkətini birləşdirmək üçün aparılan danışıqlar nəticəsində klub səhmləri 45.3 milyon lirəyə (19 milyon avro) almışdı.
İndi isə "Qalatasaray" rəhbərliyi hissələri satmaqla əldə edəcəyi pulun hesabına banklara olan borclarını ödəyəcək.
Hazırda "Qalatasaray" İdman Klubu Dərnəyində klubun 83.38 faiz səhmi var. Bu səhmlərə dünən birjada 703 milyon lirə (290 milyon 640 min avol) qiymət qoyulub. Transfer dönəmində təxminən 70 milyon avro borc edən klub bundan bir qədər əvvəl səhmlərin 2 faizini satmış və 5 milyon 788 min avro qazanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail