UEFA-dan "Qalatasaray"a 1 illik Avrokubok cəzası

10.02.2016 | 3913 dəfə oxunub

UEFA “Qalatasaray” klubunu cəzalandırıb. Stadium.az xəbər verir ki, qitə futbol qurumu maliyyə “feyr-pley” tələblərini pozan “sarı-qırmızılılar”a avrokuboklardan 1 illik kənarlaşdırılmaqla bağlı cəza tətbiq edib. 

Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbək məlumat verib.

O bildirib ki, klubun cəzalandırılmasının günahkarı sabiq rəhbərlikdi: “Zərərin həcmi 164 milyon avroya bərabərdi. UEFA-ya bizim idarə heyətinə şans verilməsinin vacib olduğunu söylədim. “Qalatasaray”ı 1 illik cəzalandırdılar. Amma bu cəza haqsızdı. Bu günə qədər “Qalatasaray”a rəhbərlik edənlər bəzi şeyləri gözdən qaçırıblar”.

Özbək əlavə edib ki, ayın 23-də UEFA nümayəndələri ilə onlar arasında görüş keçiriləcək: “Görüşə futbol dünyasının yaxından tanıdığı vəkil Jan Lui Duponla gedəcəyik. “Qalatasaray”ın əvvəlki idarə heyətinin bəzi şeyləri bacarmadığını düşünürəm. Tələbləri yerinə yetirə bilməsək, baş verənləri “Qalatasaray” camiəsi daşıya bilməz. Əlimizdə olanları satmaqla vəziyyətdən xilas olmağın tərəfdarı deyiləm. Bunu nə özümə, nə də azarkeşlərimizə yaraşdıraram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail