"Beşiktaş"ın prezidenti gedən futbolçularından danışdı

02.11.2016 | 4355 dəfə oxunub

"Beşiktaş"ın prezidenti Fikret Orman maraqlı açıqlamalar verib. Stdium.Az xəbər verir ki, türkiyəli funksioner komandanın keçmiş futbolçuları barədə danışıb.

"Beşiktaş" xüsusi bir klubdur. Buranın torpağı fərqlidir. Gedən hər kəs qayıtmaq istəyər. "Beşiktaş"da sakitlik, xoşbəxtlik və səviyyə var. Gökhan Töre Avropada oynamaq istəyirdi. Getdi, nə olduğunu gördük. Klubun dəyərini gedəndən sonra başa düşürlər, amma gec olur. Töreni 1 il müddətinə icarəyə vermişik. Slaven Biliç onun xidmətindən istifadə edir. Geri dönmək müzakirə mövzusu deyil.

Bu yay Manuel Fernandeş "Beşiktaş"a qayıtmaq istədi. Razılıq vermədim. Bizim klubun müəyyən xətti var. Qazandığı pulun qarşılığını vermədən gedənlərin geri dönüşü yoxdur. Kuareşma ilə xoş ayrılmışdıq. Evinə qayıtmaq istədiyini dedi, razılıq verdik. Mario Qomez qayıtmaq istəsə, işi asan olmayacaq. Sənə kim dedi, get? "Beşiktaş"dan ayrılanda verdiyi açıqlamalar heç xoş deyildi. Transfer olunduğu klubun da (red. "Volfsburq"), bizim də durumuz göz önündədir. O da "evimə qayıtmaq istəyirəm" desə, şərtlərə görə danışıqlar aparılar.

Xose Sosa xoşluqla "Beşiktaş"dan ayrıldı. Məni əsəbləşdirən terror, ailə bəhanələridir. Qayıtması çətin məsələdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail