Arda dünyanın ən bahalı transferi ola bilər

03.02.2017 | 5611 dəfə oxunub

Çin klubları “Barselona”nın yarımmüdafiəçisi Arda Turanı transfer etməkdə israrlıdırlar. Stadium.Az xəbər verir ki, ispan mətbuatı  “Guangzhou Evergrande” klubu 30 yaşlı oyunçuya 4 illik müqavilə və 100 milyon avro pul təklif etdiyini yazıb.

Türkiyə millisinin kapitanının meneceri gələn həftə Çinə gedərək, klub rəsmiləri ilə bu məsələni müzakirə edəcək. “Barselona”nın “Atletiko”dan 41 milyon avroya transfer etdiyi futbolçunun illik məvacibi 8 milyon avrodur. Bu keçid reallaşarsa, Ardanın yeni komandasında illik qazancı 25 milyon avro olacaq.

Futbolçu 125 milyon avro müqabilində sərbəst qala bilər. Çinlilər "Barsa"nın tələbi ilə razılaşsalar, Arda dünyanın ən bahalı transferi kimi tarixə düşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail