"Beşiktaş"ın Dorukhan Toközə gələn təklifə "yox" deyib

28.03.2019 | 5093 dəfə oxunub

İtaliyanın "Cenoa" klubu Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Dorukhan Toközə “elçi düşüb”. Stadium.Az xəbər verir ki, A Seriyası təmsilçisi 22 yaşlı yarımmüdafiəçi üçün menecerlər vasitəsilə İstanbul təmsilçisinə 6 milyon avro təklif edib.

"Beşiktaş" isə bu təklifi rədd edib. Bildirilib ki, "Cenoa" oyunçu üçün mövsümün sonunda daha yüksək bir məbləğ təklif edərsə, klublar danışıqlara başlaya bilər.

Dorukhan Toköz 2018-ci ilin iyul ayında "Əskişəhərspor"dan azad agent kimi "Beşiktaş"a keçib. O, Türkiyə millisinin AÇ-2020-nin seçmə mərhələsində səfərdə Albaniyanı 2:0, evdə Moldovanı 4:0 hesabı ilə məğlub etdiyi matçlarda meydanda olub.

Bu mövsüm "Beşiktaş"ın heyətində 19 oyunda iştirak edən yarımmüdafiəçi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail