Rikardo Kuareşma "Beşiktaş"dan ayrıldı

26.08.2019 | 2750 dəfə oxunub

Türkiyənin "Beşiktaş" klubu portuqaliyalı futbolçusu Rikardo Kuareşma ilə yolları ayırmağa qərar verib. Stadium.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi Portuqaliya millisinin sabiq üzvü ilə görüş keçirib. Görüş zamanı futbolçuya özünə yeni klub tapması tövsiyyə olunub. 36 yaşlı futbolçu transfer pəncərəsi bağlanana qədər özünə yeni klub tapmasa da, Beşiktaş-da əsas heyətdən kənarda qalacaq. O, sadəcə, bu komandada fərdi məşqlərlə kifayətlənməli olacaq.
 
"Beşiktaş"la futbolçu arasında daha bir illik müqavilə var. İstanbul klubu bu müddət ərzində oyunçuya 1 milyon 750 min avro və hər qazanılan xala görə 4 min avro məvacib ödəməlidir. Kuareşma yeni klubunda daha az qazanc əldə etməli olsa, "Beşiktaş" ortadakı fərqi aradan qaldıracağını bəyan edib.
 
Portuqaliyalı ulduz "Beşiktaş"a ilk dəfə 2010-cu ildə transfer olunub. 2013-2015-ci illər aralığında "Əl-Əhli" və "Porto"da çıxış etdikdən sonra yenidən Türkiyə klubuna qayıdan Kuareşma, bu komandada 226 oyuna çıxıb, 38 qol vurub, 78 məhsuldar ötürmə müəllifi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.07.2020

01:59  "Qranada" - "Real" - 1:2 VİDEO

01:46  "İnter" - "Torino" - 3:1 VİDEO

13.07.2020

12:30  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:46  "Napoli" - "Milan" - 2:2 VİDEO

12.07.2020

12:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:22  "Breşia" - "Roma" - 0:3 VİDEO

11.07.2020

14:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:58  "Real" - "Alaves" - 2:0 VİDEO

10.07.2020

09.07.2020

08.07.2020

12:44  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:54  "Lecce" - "Latsio" - 2:1 VİDEO

07.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə