Sezar Meza Kolli: "Hələ heç nə baş verməyib"

22.02.2020 | 741 dəfə oxunub

"Keşlə"nin futbolçusu Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının 18-ci turunda "Zirə"yə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun idi. 1 həftə ərzində yaxşı məşq etdik. Əlimizdən gələni etdik.

- "Zirə" keçən tur "Qarabağ"a 0:6 hesabı ilə uduzmuşdu. Hiss olunurdu ki, psixoloji olaraq özlərində deyillər?

- Onların hansı formada olduğu bizim üçün maraqlı deyildi. Çünki biz öz oyunumuza diqqət edirik. Əsas odur, qalib gəldik.

- Azərbaycan milli komandasından necə təklif gəldi? Özünüz müraciət etdiniz, yoxsa federasiyadan təklif etdilər?

- Hələ heç nə baş verməyib. Baxacağıq. Mən indi yalnız "Keşlə"də məşq edirəm.

- Azərbaycan pasportu almamısınız?

- Xeyr, hələ heç nə yoxdur. Mən Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm.

- Bəs, bu məsələ nə vaxt konkretləşəcək.

- Mən bu barədə heç nə bilmirəm. Yalnız AFFA bilir.

- Özünüzün Azərbaycan millisində çıxış etmək üçün istəyiniz varmı?

- Mənimçün şərəf olardı. Çünki uzun müddətdir buradayam. Azərbaycanda özümü yaxşı hiss edirəm.

- Azərbaycan yığması o qədər də güclü deyil. Özünüzü bu millidə təsəvvür edirsinizmi, köməyiniz dəyə bilərmi?

- Əlimdən gələnin ən yaxşısını edərəm. Millinin yeni baş məşqçisi təyin olunsun, o, daha yaxşı biləcək. Oynayıb-oynamayacağıma kim qərar verəcək, bunu deyə bilmərəm. Mən hazırda ancaq məşqlərimi edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ