Türkiyə polisi Mübariz Mənsimovu həbs edib

15.03.2020 | 441 dəfə oxunub

Fəaliyyətini dayandıran “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimov bu gün səhər saxlanılıb. Stadium.Az xəbər verir ki, bu barədə bu gün Türkiyənin nüfuzlu mətbuat orqanları – “Sabah” və “Milliyyət” məlumat yayıb.

“Palmali”nin prezidentinin FETÖ işi çərçivəsində saxlanıldığı bildirilib. İstanbul prokurorluğunun bu gün onun ofisində axtarış aparıldığı da vurğulanıb.

Daha öncə azərbaycanlı iş adamı FETÖ ilə əlaqələrini təkzib edib.

Artıq "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.

Bu barədə APA-nın yerli bürosuna Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.04.2020

31.03.2020

30.03.2020

29.03.2020

28.03.2020

27.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ