Mahir icarəyə verilir?

17.06.2023 | 620 dəfə oxunub

Azərbaycan millisinin “Dinamo”da (Zaqreb) oynayan üzvü Mahir Emreli yenidən icarəyə verilə bilər. 

Bu haqda vecernji.hr məlumat yayıb. 

Komandanın baş məşqçisi İqor Bişçan ötən mövsümü icarədə keçirən futbolçuların, bundan əlavə, bir neçə gənc oyunçunun da hazırlıq prosesinə qatılmasını istəyib. O, Mahir də daxil olmaqla bəzi futbolçuların yay təlim-məşq toplanışındakı çalışmalarına diqqət yetirəcək. Bundan sonra klub onları icarəyə göndərib-göndərməyəcəyinə qərar verəcək.

Toplanış iyunun 19-da başlayacaq. Oyunçuların sınağı sentyabra qədər davam edəcək.

Qeyd edək ki, Mahir Emreli bu ilin fevral ayından mövsümün sonunadək icarə əsasında “Konyaspor”da oynayıb. Onun Zaqreb təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail