Təkbətək görüşdü, “getmək istəyirəm” dedi, Qurban Qurbanov RAZILAŞDI - TƏCİLİ!

08.07.2023 | 585 dəfə oxunub

"Rizespor"un "Qarabağ"ın müdafiəçisi Kevin Medinanı transfer etmək istəməsi barədə xəbər vermişdik.

Kolumbiyalının Çempionlar Liqasının I təsnifat mərhələsinin 11 iyul tarixində baş tutacaq "Linkoln" ilk matçından sonra İstanbula gedəcəyi yönündə mətbuatda informasiyalar yayılıb.

Xəbərlərdə qeyd olunur ki, 30 yaşlı legioner tibbi müayinədən keçdikdən sonra Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.

"Qarabağ" Kevin Medinanı 2020-ci ilin yayında Portuqaliyadan - "Çaves"dən transfer edib. Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 103 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Əldə etdiyimiz məlumata görə, cənubi amerikalı Azərbaycandan ayrılmaq fikrindədir. “Rizespor”un “Qarabağ”a rəsmi təklif göndərməsindən sonra Kevin Qurban Qurbanovla təkbətək görüşüb.

O, baş məşqçiyə karyerasını Türkiyədə davam etdirmək istədiyini söyləyib.

Təcrübəli mütəxəssis kolumbiyalının mövqeyinə anlayış göstərib, Super Liqaya qayıdan klubla müqavilə imzalanmasına şərait yaradacaqlarını bildirib.  sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail