“Qarabağ”ın oyununa Türkiyədən nümayəndə gəlir

14.07.2023 | 557 dəfə oxunub

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Cəbəllüttariqin “Linkoln” komandası arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib.

Nümayəndə Türkiyədən Mətin Kazancıoğlu olacaq.

Hakimlərin işinə isə Estoniyadan olan hakim-inspektor Uno Tutk qiymət verəcək.

Xatırladaq ki, UEFA Bakıdakı qarşılaşmanı Albaniyadan olan hakimlər briqadasına tapşırıb. Matçın baş hakimi baş hakimi Eldoryan Hamiti olacaq. Ona yan xətt hakimləri Ridiger Çokay və Ani Koçyay kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Çyapi Kreşnik yerinə yetirəcək.

Qeyd edək ki, uzun müddət Türkiyə Futbol Federasiyasında fəaliyyət göstərən, qurumun keçmiş baş katibi olan Kazancıoğlu bir neçə il “Trabzonspor” klubunda rəhbər vəzifədə çalışıb.

“Qarabağ”ın “Linkoln”la cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu oyunun start fiti saat 20:00-da səslənəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail