Polis 3 nəfəri saxladı, 20 nəfəri araşdırır

02.04.2012 | 3881 dəfə oxunub

İtaliyada oyun alqı-satqısı ilə əlaqədar daha bir məsələ gündəmə çıxıb. Stadium.az xəbər verir ki, Bari Dövlət Məhkəməsinin qərarı ilə əməliyyat təşkil edilib.

Nəticədə, "Bari"nin sabiq futbolçusu, hazırda "Atalanta"da çıxış edən Andrea Masiello və iki komanda yoldaşı -Ciovanni Karella və Fabio Qiaçobbenin də polis tərəfindən saxlandığı bildirilib. İstintaqda təxminən daha 20 nəfərin araşdırıldığı qeyd edilib.

İstintaqın əsas mövzusunun ötən ilin may ayında keçirilən "Bari" - "Leççe" matçı olduğu bildirilib. Qonaq "Leççe"nin 2:0 hesablı qələbəsi ilə başa çatmış oyunla yanaşı, "Bari"nin keçirdiyi daha 9 matç barədə araşdırma aparılır.

"Bari" İtaliya A Seriyasında ötən mövsümü son sırada bitirərək B Seriyasına düşmüşdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail