Ronaldodan inanılmaz göstərici

13.04.2012 | 3696 dəfə oxunub

"Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo inanılmaz statistik göstərici ilə diqqət çəkib. Stadium.az xəbər verir ki, La Liqada bu mövsüm 40 qol vurmuş ulduz futbolçu bu göstərici ilə Avropanın 5 böyük ölkə çempionatlarındakı 52 komandadan daha çox qol vurub.

Ronaldo La Liqada geridə qalan 32 turdan sonra çempionatda iştirak edən 12 komandadan daha çox qol vurub. O, 20 komandanın iştirak etdiyi La Liqada "Osasuna", "Espanyol", "Sevilya", "Xetafe", "Malyorka", "Betis", "Real Sosyedad", "Qranada", "Vilyareal", "Sportinq", "Saraqosa" və "Rasinq"i geridə qoyub.

Portuqaliyalı ulduz Avropanın 5 böyük çempionatındakı 98 komandanın isə 52-ni üstələyib. Ronaldo İtaliya A Seriyasında çıxış edən 9 komandanı da geridə qoymağı bacarıb - "Kyevo", "Atalanta", "Siena", "Kalyari", "Bolonya", "Fiorentina", "Leççe", "Novara" və "Çezena".

Almaniya Bundesliqasında çıxış edən 8 komanda da Ronaldodan daha az qol vurub. Portuqaliyalı ulduz "Hannover", "Hoffenhaym", "Nürnberq", "Hamburq", "Auqsburq", "Köln", "Herta" və "Kayzerslautern" komandalarını qol sayına görə üstələyib.

İngiltərə Premyerliqasında 9 komandanı geridə qoyan Ronaldo "Everton", "Stok Siti", "Vest Bromviç", "Suonsi", "Aston Villa", KPR, "Uiqan", "Bolton" və "Volverhempton"dan daha çox qol vurub. "Liverpul" isə Kriştiano Ronaldo kimi 40 qol vura bilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail