Lüksemburq millimiz önünə milliləşdirilmiş futbolçu ilə çıxır

24.04.2013 | 4154 dəfə oxunub

Lüksemburq yığması da milliləşdirilmiş futbolçunun xidmətindən istifadə etmək qərarına gəlib. Stadium.az xəbər verir ki, Lüksemburq millisi tezliklə fransız Maksim Şanotu milliləşdirəcək. Belə ki, Şanot 1989-cu il noyabrın 21-də Fransanın Nansi şəhərində doğulsa da, onun nənələrindən biri Lüksemburq vətəndaşı olub. Bu üzdən 23 yaşlı futbolçu bu cırtdan ölkənin vətəndaşlığını almaqda problemlə üzləşməyəcək.

Fransa və İngiltərə çempionatlarında “Nansi” və “Şeffild Yunayted” kimi klubların şərəfini qorumuş Şanot bu ilin yanvarında Belçikanın “Beersxot” klubu ilə 2,5 illik müqavilə bağlayıb. Lüksemburq yığmasının baş məşqçisi Luk Holts yığmamızla oyuna kimi Maksimə milli pasport verilməsini təmin etmək istəyir.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq oyunu iyunun 7-də baş tutacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail