ŞOK! Bin Hammam geri çəkildi!

29.05.2011 | 4097 dəfə oxunub

FIFA-da prezident seçkilərinə çox az müddət qaldığı bir vaxtda namizədlərdən biri geri çəkildiyini bildirib. Stadium.az xəbər verir ki, Mohamed Bin Hammam namizədliyini geri götürdüyünü açıqlayıb.
 
Nəticədə dünya futbol qurumunun hazırkı rəhbəri Zepp Blatter seçkilərdə yenə yeganə namizədə çevrilib. Bu isə onun növbəti dəfə FİFA prezidenti seçiləcəyini öncədən təsdiqləyib.
 
Qeyd edək ki, Asiya Futbol Konfederasiyasının prezidenti olan Mohamed Bin Hammam iyunun 1-də keçiriləcək seçkilər öncəsi yaşanan çirkin olaylara etiraz əlaməti olaraq belə addım atdığını açıqlayıb. Belə ki, Blatterin əsas və yeganə rəqibi olan Hammama qarşı bu günlərdə FIFA-nın Etik Komitəsində şok iddia irəli sürüldü. Guya Hammam prezident olmaq üçün kimlərəsə rüşvət paylayıb. Başverənlərdən şoka düşdüyünü gizlətməyən prezidentliyə namizəd olaylardan uzaqlaşmaq üçün dərhal namizədliyini geri götürməyə qərar verib.
 
O, öz internet səhifəsində bu qərarını belə izah edib: “FIFA prezidentliyinə namizədliyimi irəli sürmüşdüm. Çünki nələrisə dəyişmək istəyirdim. Amma son olaylar həm peşəkar, həm də bir insan olarak məni yaraladı. İki adamın arasında keçən bir yarışmaya görə adımın daha çox ləkələnməsini istəmirəm”.
 
Sonda onu da qeyd edək ki, daha bir dönəm FİFA prezidenti olacağı dəqiqləşən Blatter 1998-ci ildən dünya futbol qurumuna rəhbərlik edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail