"Terek"in Yuri Syomindən imtina etməsi dəqiqləşdi

08.11.2013 | 4598 dəfə oxunub

Rusiyanın Çeçenistan Respublikasını təmsil edən “Terek” futbol klubuna yeni baş məşqçi təyin olunub. Stadium.az xəbər verir ki, bu, Rəşid Rəhimovdur.
 
Tacikistanlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, uğursuz nəticələrlə əlaqədar istefaya göndərilmiş Yuri Krasnojanı əvəzləyib. Rəhimovun qarşısına Qroznı komandasını autsayderlər qrupundan çıxarmaq tapşırığı qoyulub. Hazırda “Terek” 15 oyundan 9 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.
 
Bu vəzifəyə mümkün namizədlər qismində hazırda “Qəbələ”yə rəhbərlik edən Yuri Syominin də adı hallandırılırdı. Lakin 66 yaşlı mütəxəssis Çeçenistan prezidenti Ramzan Kadırovun təklifinə mənfi cavab verib.
 
Rəşid Rəhimov baş məşqçilik karyerasına 2002-ci ildə Avstriyanın “Admira Vakker” klubunda başlayıb. 48 yaşlı mütəxəssis daha sonra Rusiyanın “Amkar” və “Lokomotiv” komandalarının da sükanı arxasına keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail