Georgi Hacı Rumıniya yığmasına qayıtmaqla bağlı fikrini dəyişdi

11.06.2011 | 3061 dəfə oxunub

Georgi Hacı Rumıniya milli komandasının baş məşqçisi postuna qayıtmaqla bağlı fikrini dəyişib. Stadium.Az xəbər verir ki, bu vəzifəyə əsas namizəd olan 46 yaşlı rumıniyalı mütəxəssis yığmasını Avro-2012-nin seçmə mərhələsindən sonra qəbul etməyə hazır olduğunu bəyan edib. Halbuki 2 gün öncə Hacının təyinatı açıqlanmışdı. O, müqavilə bağlı Rumıniya Futbol Federasiyası (RFF) ilə razılaşsa da, sonradan qərarını dəyişərək, cari seçmə mərhələ bitəndən sonra milliyə rəhbərlik edəcəyini hazır olduğunu bildirib. İndi bu məsələ ilə bağlı yekun qərar iyunun 13-də çıxarılacaq. Bu, Hacının RFF-in prezidenti, ona dəvət göndərən Mirça Sandu ilə görüşündən sonra bilinəcək. 

Qeyd edək ki, Hacının təyinatı reallaşarsa, köməkçilərindən birinin “Neftçi”nin italiyalı sabiq məşqçisi Covanni Melkiorre olacağı gözlənilir. Fiziki hazırlıq üzrə məşqçi olan Melkiorre uzun müddətdir birgə çalışdığı rumıniyalı həmkarının ötən ilin payızında dəvətini qəbul edərək, Bakı klubundan “Qalatasaray”a qayıtdı.

Elmar ƏLİZADƏ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail