Ramiz Məmmədov istefa verdi!

13.06.2011 | 3670 dəfə oxunub

Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov  istefa verib. Stadium.Az xəbər verir ki, komandasının uğursuz çıxışı həmyerlimizin tutduğu postla vidalaşmasına gətirib çıxarıb.

Ramiz Məmmədov bu haqda qərarı komandasının Superliqanın 15-ci turunun “Atırau” ilə ev oyununda qəbul edib. Belə ki, ilk dövrədə səfərdə qolsuz heç-heçəyə nail olduğu son çempion “Tobol”a doğma azarkeşlərinin gözü qarşısında məğlub olması həmyerlimizin gedişini labüd edib. Maraq üçün xatırladaq ki, “Atırau” kubokda da mübarizəni məhz bu komandaya uduzaraq dayandırmışdı. Artıq klub rəhbərliyi onun bu istefasını qəbul edib. Onlar özlərinə yeni baş məşqçi axtarışlarına çıxıblar.

Maraq üçün qeyd edək ki, “Atırau”da Məmmədovla yanaşı onun köməkçisi qismində Elxan Abdullayevlə Mehman Baxışov da çalışırdı. Lakin baş məşqçinin istefasından sonra köməkçilərinin də komandadan ayrılacağı dəqiqdi.

Sonda onu da vurğulayaq ki, Məmmədovun “Atırau”su 15 turdan 15 xalla 9-cu pillədə qərarlaşmışdı. Cəmi 3 oyunda qələbə qazanan, 6 heç-heçə edib, 6 yenilgiyə üzülən komanda 12 qola sevindiyi halda öz qapısında 19 top görmüşdü. Həmçinin kubokda ilk mərhələni keçən “Atırau” növbəti cəhdində “Tobol”a uduzaraq, mübarizəni 1/8 finalda dayandırmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail