Messi "Barsa" rəhbərliyin "dəli" edir: Aqueronu alın, Pinto qalsın, 45 milyon avro qazanım

07.05.2014 | 2968 dəfə oxunub

"Barselona"da yeni müqavilə üçün klub rəhbərliyi ilə görüşmələr keçirən Lionel Messinin rəhbərlikdən qəribə istəklərinin olduğu iddia edildi. Stadium.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona"nın ulduzu Lionel Messi, qəribə istəkləri və kaprisləriylə sözün hər mənasında klub boslarını “dəli edib”.

Messinin yeni müqavilə ilə "dünyanın ən çox qazanan futbolçusu" adı ilə birlikdə reklam haqqlarının da hamısın alacağı bildirildi. Ancaq ulduz futbolçunun istəkləri bununla bitmir.
"Barselona"nın güclü bir heyətə sahib olmasını və yenidən dünyanın ən yaxşı komandası
na çevrilməsi üçün bir proyektə başlanmasını istəyən Messi, bununla bağlı maraqlı transfer tələbi də irəli sürüb.

AQUERONU TRANSFER EDİN!

Messi Argenitina millisindən yaxın dostu və həmyerlisi olan Kun Aqueronun dərhal "Barselona"ya transfer edilməsini tələb edib. "Mançester Siti" ilə 2017-ci ilə qədər müqaviləsi olan Aqueroyla eyni komandanın formasını geymək istədiyini rəhbərliyə bildirib.

PİNTO KOMANDADA QALSIN!

Katalan klubunun təcrübəli qapıçısı Pintonun komandadan ayrılmasını istəməyən Messi, dostunun daha 1 il də komandada qalmasını tələb edib.

İLLİK 20 MİLYON AVRO QAZANACAQ

"Barselona" forması ilə rekordları alt-üst edən Messi, yeni müqavilə ilə ildə 20 milyon avro qazanacaq. Reklam və sponsor gəlirləri ilə bu rəqəm isə illik 45 milyon avroya qədər yüksələcək.

 MESSİNİN BAŞI DƏRDDƏ

 Bu arada Messinin başı vergi dərdindən də açılmır. Keçən il az qala həbs cəzası ilə qarşı-qarşıya qaldığı və sonradan razılaşmanın əldə edildiyi vergi borcundan sonra, yenidən başı İspaniya Maliyyə Nazirliyi ilə bəlaya girib.

Dünyanın ən çox qazanan futbolçularından olan Argentinalı ulduzun bu gedişlə bank hesabındakı pul get-gedə azalacaq. Bir ildir incələnən Messinin hesablarının araşdırılması bitdiyi zaman faizi ilə birlikdə 35-41 milyon avro vergi verəcəyi iddia edilir.
Messinin menecerlik işlərindən başqa maliyyə işlərini də idarə edən atası Jorje Messi, keçən avqust ayında 5 milyon avro cəza ödəmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail