"Argentina" "Uruqvay"la bacarmadı

17.07.2011 | 4334 dəfə oxunub

Argentinada təşkil olunan Amerika Kuboku davam edir. Stadium.Az xəbər verir ki, dünən yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Belə ki, bu mərhələdə üz-üzə gələn Kolumbiya və Peru, eləcə də Argentina və Uruqvay arasında kifayət qədər maraqlı qarşılaşma baş tutub. Kolumbiya - Peru matçında hələ görüşün 66-cı dəqiqəsində kolumbiyalılar hesabı açmaq üçün real imkan qazanıblar. Lakin "Porto"dan tanıdığımız Falkao penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 90 dəqiqənin tamamında tərəflər hesabı aça bilmədiyindən əlavə vaxta ehtiyac duyulub. Məhz bu vaxt ərzində iki qol vuran Peru millisi növbəti mərhələyə vəsiqə qazanıb.

Turnirin əsas favoritlərindən olan Argentina və Uruqvay arasındakı qarşılaşma isə daha prinsipial və gərgin alınıb. Qeyd edək ki, bu komandalar hər ikisi pley-offa çətinliklə adlamışdılar. Elə bu görüşdə də komandalardan hansınısa favorit göstərmək çətin idi. Baxmayaraq ki, meydan sahibi qismində çıxış etməsi argentinalılara əlavə üstünlük qazandırırdı. Lakin görüş başlayan kimi argentinalılar qapısında qol görüblər. Düzdü, İquayn tezliklə hesabı bərabərləşdirib. Matçın əsas vaxtında başqa qol vurulmadığından əlavə vaxt təyin olunsa da, tərəflər burda da qələbə qolunu vura bilməyiblər. Belədə, qalib penaltilərlə müəyyənləşib ki, daha dəqiq oynayan Uruqvay 5:4 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb.

Yeri gəlmişkən qeyd edək ki, bu görüş kifayət qədər sərt və gərgin alınıb. Belə ki, hər komandadan bir futbolçunun meydandan qovulduğu görüşdə 11 dəfə də sarı vərəqəyə əl atıb.

1/4 final mərhələsinin digər oyunları bu gecə keçiriləcək. Braziliya yarımfinala vəsiqə uğrunda Paraqvayla, Çili isə Venesuela ilə mübarizə aparacaq.

Amerika Kuboku
1/4 final
16 iyul

Kolumbiya - Peru - 0:2
Qollar: Lobaton, 102, Varqas, 112.

Argentina - Uruqvay - 1:1 (penaltilərlə 4:5)
Qollar: İquayn, 18 - Peres, 6.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail