"İnter" UEFA reytinqində xal ehtiyatımızı yaxşılaşdırdı

04.07.2014 | 3782 dəfə oxunub

Avropa Liqasının birinci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Stadium.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub.

Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən ikisi növbəti oyununu keçirdi. Belə ki, Avroliqada mübarizə aparan "Qəbələ" doğma meydanda Bosniya və Herseqovina "Şiroki Briyeq"inə məğlub oldu - 0:2. “İnter” isə səfərdə Moldova “Tiraspol”una 3:2 hesabıyla qalib gəldi.

“İnter”in bu qələbəsi ölkəmizin xal ehtiyatını zənginləşdirib. "Bankirlər" Azərbaycanın reytinqinə əlavə 0.250 xal yazdırmış oldu.

Hazırda UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədəyik. Azərbaycanın hesabında 9.125 reytinq xalı var ki, onun da 0.250 xalı cari mövsümdə qazanılıb.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail