"Xəzər Lənkəran"dan gedən qapıçı üçün cinayət işi açılıb

26.09.2014 | 3029 dəfə oxunub

İspaniya Primerosunun 2010/11 mövsümündə baş tutmuş “Levante” – “Saraqosa” matçı ilə bağlı yerli prokurorluq cinayət işi açıb. Stadium.Az xəbər verir ki, 2011-ci ilin mayın 21-də baş tutmuş oyunun danışılmış olduğu iddia edilir.

Artıq hər iki komandanın heyətində adı matçın protokoluna salınmış futbolçular oktyabrın 3-də prokurorluğa ifadə verməyə çağırılıb.

Maraqlıdır ki, həmin görüşdə “Saraqosa”nın ehtiyat qapıçısı ötən il ölkəmizdə çıxış edib. Bu, hazırda Finlandiyanın HİK klubunun qapısını qoruyan, “Xəzər Lənkəran”dakı uğursuz çıxışından sonra qovulan Toni Doblasdı. Eləcə də, hazırda “Atletiko”nun kapitanı olan Qabi də o vaxt “Saraqosa”nın start heyətində olub.

Çempionatın son turunda baş tutmuş həmin matçda “Saraqosa”nın elitada qalması üçün “levante”ni yenməsi lazım idi. “Levante”ni səfərdə 2:1 məğlub etməklə “Saraqosa” aşağı dəstəyə düşməkdən qurtulmuşdu. Bundan şübhələnən federasiya rəhbərliyi bu barədə polis orqanlarına müraciət etmiş və beləcə cinayət işi açılmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail