İspaniya kuboku: Finalda "ancaq Barselona", "Real" və "Atletiko"dan biri ola bilər

18.10.2014 | 3543 dəfə oxunub

Ötən gün İspaniya Kral Kubokunun püşkatma mərasimi keçirilib. Stadium.Az xəbər verir ki, Nokaut sistemi ilə keçiriləcək turnirdə 32 komanda iştirak edəcək. Püşkatmadan sonra bir sıra maraqlı cütlüklər meydana gəlib. Ötən illərdən fərqli olaraq finalda "Atletiko", "Real" və "Barselona" triosundan yalnız biri vəsiqə qazana biləcək. 


"Barselona" ilk mərhələdə "Segunda B" klubu "Hueska", "Atletiko" isə "L`Hospitalitet" (Segunda B) ilə qarşılaşacaq. Kubokun hazırki sahibi "Real" isə "Cornella" komandasını sınağa çəkəcək. Favoritlər qələbə qazansa, növbəti mərhələdə "Real" və "Atletiko"nun ifasında Madrid derbisi baş tuta bilər. "Barselona" yoluna davam etsə, artıq 1/4 finalda Madrid komandaları arasındakı duelin qalibi ilə ü-üzə gələcək. 

Kubok uğrunda 6 "Segunda" təmsilçisi mübarizə aparacaq. Bunlar "Albacete", "Deportivo Alaves", "Las Palmas", "Sabadell", "Real Valladolid" və "Real Betis" klublarıdır. Turnirdə ilk oyunlar dekabrın 3-də, növbəti görüşlər isə dekbarın 14-də keçiriləcək. Kubokun sahibi 2015-ci il mayın 30-da baş tutacaq final oyunundan sonra məlum olacaq. (gol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail