Miron Markeviç "Qarabağ"a məğlubiyyəti həzm edə bilmir

28.10.2014 | 3366 dəfə oxunub

Avropa Liqasının F qrupunun III turunda evdə "Qarabağ"a 0:1 uduzan "Dnepr"in baş məşqçisi Miron Markeviç Ağdam klubuna məğlubiyyəti hələ də unuda bilmir. Stadium.Az xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyətə bəhanə də tapıb.

O, qazonun sulanmamasından şikayətlənib: "Sürətli oynamaq lazım idi. Hücumda cəld oynamalı və bütün meydanboyu rəqibə boş sahə verməməyə çalışdıq. Bu, Avropa klublarına xas oyun üslubudur. Oyundan öncə Kiyevdə ot örtüyünün sulanmağını xahiş etdik, lakin istəyimiz qəbul olunmadı.

Məğlubiyyətin yeganə səbəbinin bu olduğunu demirəm. Ancaq futbolda belə kiçik amillər də nəticəyə təsir edir. Bazamızda hər məşqdən öncə meydança sulanır. Belə olanda oyun sürətli gedir, topla rahat davranmaq olur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail