"Ferqyussonun "Real"dan zəhləsi gedir, Ronaldonu "Barselona"ya satmaq istəyirdi"

12.11.2014 | 2364 dəfə oxunub

"Real”ın keçmiş prezidenti Ramon Kalderon Ronaldonun 2009-cu ildə transferi zamanı Florentino Perezin bu keçidə razı olmadığını söyləyib. Stadium.Az xəbər verir ki, Kalderon bunun səbəbini transfer qiymətinin çox baha olması ilə əlaqələndirib. Klubun eks-prezidenti Ronaldonun "Real"a cəlb etmək üçün 2 il danışıqlar apardıqlarını da qeyd edib.

"Florentino Perez də Ronaldonun istedadına şübhə etmirdi. Amma 80 milyon funt xərcləməklə iqtisadi səhv buraxmaq istəmirdi. Çətin zamanlar idi. Həmin vaxt David Jill ilə görüşdük. Futbolçunu satmaq istəmədiklərini bildirdilər. Amma Ronaldo "Real”a gəlmək istəyirdi. Danışıqlar 2 il davam etdi. 2008-ci ildə onunla telefonla danışdım. Mənə dedi ki, Ferqyussona söz verib. Buna görə yalnız növbəti mövsüm İspaniyaya gəlmək barədə düşünə bilər. Ser Aleks də Kriştianunu "Real"a göndərmək istəmirdi. Bizdən xoşu gəlmirdi. O, portuqaliyalı oyunçunu Madriddən başqa istənilən yerə göndərməyə razı idi. Hətta Ronaldonu "Barselona"ya təklif etmişdilər. Katalonlar təklifi qəbul etdi. Amma Kriştianu "Real”dan  başqa heç bir kluba keçməyəcəyini bildirdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail