"İndiki Azərbaycan millisi zəif deyil"

15.11.2014 | 5943 dəfə oxunub

Norveç millisinin keçmiş qapıçısı Erik Torstvedt Azərbaycanla oyunöncəsi maraqlı fikirlər səsləndirib. Stadium.Az xəbər verir ki, keçmiş qolkiper yığmanın səfər matçına hazır olduğunu deyib: 

"Komandamız Azərbaycanla seçmə mərhələ oyununa hazırdır. Düzdür, heyətdə bəzi problemlər var, amma bunlar nəticəyə təsir etməməlidir. İlk növbədə qapıçıdan narahatam. Fikrimcə, Oryan Niland qarşılaşmaya hazırdır, amma məğlubiyyət onda özünə olan inamı sarsıda bilər. Norveç millisi Estoniyaya qarşı tam gücü ilə oynamalı idi. Çünki qalibiyyət Azərbaycana qarşı matça komandamızı daha yaxşı kökləyəcəkdi. Bakı səfəri heç də asan olmayacaq. 

Sadəcə, bizə 3 xal lazım olduğu üçün bütün gücümüzü ortaya qoymalıyıq. Biz DÇ-1998-ci ildə Azərbaycana qarşı oynamışıq. Həmin vaxta evdə 5:0, səfərdə 1:0 hesabı ilə qalib gəlmişik. Amma bu, bizi aldatmasın. Azərbaycan futbolu indi inkişaf edib. İndi onlara 5:0 hesabı ilə qalib gəlmək çətin məsələdir. Düzdür, 1997-ci ildə baş tutan oyunda qapıda Frode Qrodos dayanmışdı. Ondan daha çox məlumat ala bilərsiniz. Sadəcə, onu demək istəyirəm ki, indiki Azərbaycan millisi zəif deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail