Əfsanəvi futbolçu Messi və Simione dedi

11.12.2014 | 3341 dəfə oxunub

Argentinanın keçmiş müdafiəçisi Xavier Zanetti "Qızıl top" və ilin ən yaxşı məşqçisinə təqdim olunacaq mükafata dair proqnozlarını söyləyib. Stadium.az xəbər verir ki, "İnter"in əfsanəvi futbolçusu hər iki mükafata öz həmyerlilərini layiq görüb. 

"Ümid edirəm ki, "Qızıl top" mükafatını Lionel Messi qazanar. O, həqiqətən, böyük futbolçudur. Futbol ictimaiyyətini daim təəccübləndirir. Leo istənilən anda improvizə etmək, ustalığını nümayş etdirmək və matçın taleyini dəyişə bilən qeyri-adi qərarlar verməyə qadir oyunçudur. Hesab edirəm ki, dünyada ən güclü futbolçudur. Nəticənin nə olacağını bilmirəm. Son üçlüyə layiq olan 3 namizəd haqqında danışırıq. "Qızıl top" uğrunda mübarizə sona qədər gərgin olacaq. Əsasən yarımmüdafiə və hücum xəttində çıxış edən oyunçular matçın taleyini həll edir. Bununla yanaşı, Lam da diqqətəlayiq futbolçudur". 

"Diyeqo Simeone komandası ilə böyük nailiyyətlər qazandı. Bu uğurlara təəccüblənmirəm. O, gərgin çalışır və fədakarlıq etməyi bacarır. Ançelotti və Lövə dərin hörmət bəsləsəm də, "Çolo" 2014-cü ilin ən yaxşı məşqçisi adını qazanmaq üçün yetərincə iş görüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail