"Simurq"un eks baş məşqçisi "Zenit"i tənqid etdi

13.12.2014 | 3624 dəfə oxunub

2011-12-ci illərdə "Simurq"un baş məşqçisi işləmiş Rusiy millisinin keçmiş üzvü Serqey Yuran "Zenit"in hazırki çalışdırıcısı Andre Vilyaş-Boaş haqqında açıqlama verib. Stadium.az xəbər verir ki, Yuran gənc mütəxəsisi Peterburq təmsilçisi üçün səhv seçim hesab edib.

"Yayılan söz-söhbətlərə görə, "Zenit" rəhbərliyi qışda bir neçə futbolçu ilə yollarını ayırmaq istəyir. Andre Vilyaş-Boaş komandada olan duruma bilavasitə təsir göstərə bilmir. Belə yüksək səviyyəli futbolçular "Zenit"ə lazımdırmı? Onları avrokuboklar üçün komandaya gətiriblər. Amma nəticə göz qabağındadır. Mənim fikrimə görə, əvvəlki klubu və millidə ciddi uğur qazanan futbolçuları "Zenit"ə dəvət etmək olmaz. Həmin Ezekiel Qaray "Benfika" və Argentina millisində əla oyun nümayiş etdirirdi. Rusiyadakı çıxışına baxıb onun Dünya ikincisi olduğunu deməzsən. Halk özü də "Porto" və "Braziliya" millisində gördüyümüz oyunçu deyil. "Zenit" 2000-ci illərdə Moskva "Dinamo"sunun qoyduğu izlərlə gedir. Əsrin əvvəlində "Dinamo" da komandaya xeyli sayda portuqaliyalı oyunçu gətirmişdi. Vilyaş-Boaşın Rusiyaya gəlməsi də səhv addımdır. "Zenit"də olan futbolçular istənilən səviyyədə olan məşqçinin rəhbərliyi altında qələbə qazana bilər".

"Zenit" daxili çempionatda qış çempionu olsa da, Çempionlar Liqasında "Monaco"ya 0:2 hesabı ilə uduzaraq  çıxışını Avropa Liqasında davam etdirmək şansı qazandı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail