Fatih Terim: Yaxşı oyun göstərdik

29.03.2015 | 2842 dəfə oxunub


“Hollandiya yığması ilə səfərdə oynamaq çox çətindi. Çünki rəqib güclüdü. Buna baxmayaraq, yaxşı oyun göstərdik”. Stadium.AZ  xəbər verir ki, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim deyib.

 

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Hollandiya üzərində qələbəni son anda əldən verən türklər səfərdən 1 xalla qayıdıblar. “Ay-ulduzlular”ın çalışdırıcısı Terim komandasından razı qaldığını vurğulayıb: “Kompakt oyun sərgilədik. Komandamla fəxr edirəm. Oyun çox xoşuma gəldi. Rəqib güclü olsa da, biz onlara çoxlu qol vəziyyətləri yaratmağa imkan vermədik. Daha çox işləməli və yolumuza davam etməliyik. Hollandiya kimi komanda ilə matçın son dəqiqələrində konsentrasiyadan düşürsənsə, mütləq qol buraxacaqsan. İstənilən halda, futbolçular özlərini yaxşı tərəfdən göstərdilər”.

 

Qeyd edək ki, Hollandiya – Türkiyə qarşılaşması 1:1 hesabı ilə nəticələnib.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail