“Neftçi”, “İnter” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi - YENİLƏNİB

22.06.2015 | 6337 dəfə oxunub

Ölkəmizi Avropa Liqasında təmsil edəcək komandaların rəqiblərinə bu gün aydınlıq gələcək. Stadium.az xəbər verir ki, Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatması məhz bu gün gerçəkləşəcək. Ənənəvi olaraq İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək .
Ölkəmizi Avropa liqasında təmsil edən “Neftçi”, “İnter” və “Qəbələ”  mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Burada isə  klublar iki səbətə bölünüb. “İnter” və “Neftçi” səpələnmişlər səbətində yer aldığından, onlara nisbətən zəif rəqib düşəcək.

Səpələnməmişlər səbətində yer alan "Qəbələ" isə burada nisbətən güclü rəqiblə üz-üzə gələcək.


Artıq klublarımızın qarşılaşa biləcəyi 5 potensial rəqib müəyyənləşib:
 
"İnter"in 5 potensial rəqibi: "Ferencvaroş" (Macarıstan), "Trakai" (Litva), "Vaasa" (Finlandiya), "Kork Siti" (İrlandiya), "Laçi" (Albaniya)

 
"Neftçi"nin 5 potensial rəqibi:
 "Çukariçki" (Serbiya), "Qlentoran" (Şimali İrlandiya), "Mladost" (Monteneqro), "Kollec" (İrlandiya), "Partizan" (Albaniya)

"Qəbələ"nin 5 potensial rəqibi:
 "Vest Hem" (İngiltərə), "Dinamo" (Tiflis, Gürcüstan), "Spartak" (Slovakiya), "Valletta" (Malta), "Daçiya" (Moldova)

Arıtq püşkatma keçirildi. Klublarımzın rəqibləri də müəyyənləşib. Belə ki, ölkə çempionatında üçüncü yerin sahibi olan "Qəbələ" qonşu ölkəyə gedəcək. Şimal təmsilçimizə Tibilisinin "Dinamo" klubu rəqib olub. Paytaxtın "İnter" klubunda Albaniyanın "Laçi, "Neftçi"yə isə Monteneqronun "Mladost" klubu rəqib olub.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları  iyulunda 9-da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail