Futbol tarixinin canlı dahisi - Messi 28 il!

24.06.2015 | 3681 dəfə oxunub

Lionel Messi 1987-ci il iyun ayının 24-də Argentinanın Rosario şəhərində dünayaya gəlib.

Messi 2009-cu ildə özünün ilk “Qızıl Top” və FİFA-nın təsis etdiyi “Dünyada ilin oyunçusu” mükafatlarını qazanıb. 

Növbəti 2010, 2011 və 2012-ci illərdə də Messi “Qızıl Top” mükafatını əldə edib. Messi həmçinin 2010-11 mövsümündə UEFA-nın “Avropada ən yaxşı oyunçu” mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu adına sahib çıxıb. 25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub.

Dünyada ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən nəhəng oyunçusu kimi qiymətləndirilən Messi “Qızıl Top” mükafatını dörd dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını üç dəfə əldə edən ilk oyunçudur. 

Messi "Barselona"nın heyətində altı dəfə İspaniya La Liqasının, iki dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.

Messi UEFA Çempionlar Liqası yarışlarında ardıcıl dörd dəfə bombardir olan ilk və yeganə oyunçudur, həmçinin Messi yarış tarixində ən çox het-trik müəllifi olma rekordunu da özündə saxlayır. 2012-ci ilin martında Messi Çempionlar Liqasında ilk dəfə bir oyuna 5 qol vurmaqla tarixə düşdü. O, həmçinin Joze Altafininin Çempionlar Liqasında bir mövsümdə 14 qol vurma rekorduna da şərik çıxdı. Messi 2011-2012 mövsümündə 72 qol vuraraq Avropada yeni rekord müəyyənləşdirdi. Həmin mövsüm bir mövsümdə altı müxtəlif yarışda həm qol vurub, həm də məhsuldar ötürmə etməklə futbol tarixində ilkə imza atdı. 16 fevral 2013-cü ildə Messi "Barselona" karyerasında 300-cü qolu vurdu. 30 mart 2003-cü ildə Messi ardıcıl 19 La Liqa oyununda fərqləndi. Bununla o peşəkar futbol yarışında bütün rəqib komandalara qol vurmaqla tarixi düşdü. O ardıcıl 21 liqa oyununda qol vurmaqla öz rekordunu yenilədi və yalnız zədə bunun davamını gətirməyə mane oldu. 23 mart 2014-cü ildə Real Madridə qarşı oyunda het-trik edərək El-Klassikolarda ən çox het-trik edən futbolçu adına yiyələndi.

Messi 2005-ci ildə FİFA 20 yaşadək futbolçular arasında Dünya Kuboku yarışında Argentina millisinin heyətində çıxış etdi, turniri ən yaxşı oyunçu və bombardir kimi tamamladı. 2006-cı ildə o, FİFA Dünya Kubokunda oynayan ən gənc argentinalı oyunçu kimi tarixə düşdü və həmçinin 2007-ci ildə Amerika Kubokunda finalçı oldu, bu yarışda da Messi ən yaxşı gənc oyunçu seçildi. 2008-ci ildə Argentina Olimpiya milli futbol komandası ilə Olimpiya çempionu olaraq ilk uğurunu qazandı. SportsPro qəzeti Messini dünyada ən dəyərli ikinci oyunçu kimi qiymətləndirib. İstedadı və oyun tərzi ilə tez-tez bənzədildiyi Dieqo Maradona Messini öz xələfi kimi göstərib. Messi hazırda Çilidə keçirilən Amerika Kubokunda Argentina millisinin şərəfini qoruyur. Onun komandası qrup mərhələsini lider kimi başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail