"Messi, səni o ayaqqabılarla döyərəm"

30.03.2016 | 2467 dəfə oxunub

“Barselona”nın ulduz futbolçusu Lionel Messi Misirdə televiziya proqramlarının birinin qonağı olub. Stadium.Az xəbər verir ki, argentinalı hücumçunun veriliş zamanı butslarını hədiyyə etməsi ölkədə birmənalı qarşılanmayıb.

Belə ki, aparıcı satışa çıxarılması üçün futbolçunun butsunu ondan alıb. Həmin butsun satışından əldə ediləcək gəlir isə yoxsul insanlara veriləcək. Bu isə Misir millət vəkili Səid Hasasin və futbol federasiyasının mətbuat katibi Azmi Meqahedin narazılığına səbəb olub.

Hasasin qatıldığı bir verilişdə Messini sərt şəkildə tənqid edib: “Biz insanlığın ilk günündən bəri 7 min illik tarixə malik millətik. Messi, səni o ayaqqabılarla döyərəm. Mən də ayaqqabılarımı Argentinaya hədiyyə edirəm”.

Meqahed isə onların Messinin yardımına ehtiyacları olmadığını söyləyib: “Ayaqqabıları işinə görə Messinin özünə lazım olur. İnsanlarımızın onun yardımına ehtiyacı yoxdu. Aparıb öz ölkəsinə versin. Orda da çox kasıb var”.

Vəziyyətin gərginləşdiyini görən verilişin aparıcısı Mona Əl-Şarkavi qonaqların haqsız olduqlarını bildirib: “Bunlar çox yanlış fikirlərdi. Biz verilişimizə qatılan hər kəsdən bir şey alıb, sonra onu yardım məqsədi ilə satışa çıxarırıq. Misirə və ya başqa bir ölkəyə yardım edəcəyimizi deməmişik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail