UEFA "Zirə"ni Avrokuboklara buraxmadı!

19.04.2016 | 5520 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2-ci pillədə qərarlaşan "Zirə" klubu Avrokuboklarda iştirak etməyəcək. Stadium.Az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"a verdiyi məlumata görə, milli assosiasiya tərəfindən UEFA-ya müraciətlər edilsə də, Avropa futbol qurumunun öz qaydaları var. 

"Bu qaydalarda da həmin məsələ qeyd olunub. Biz dəfələrlə bu məsələni qaldırmışıq, amma qanun hər kəs üçündür. Premyer Liqada iştirak etməzdən öncə "Zirə" rəhbərliyinin bu şərtlərdən xəbəri var idi" deyə Elxan Məmmədov bildirib.

Baş katib Avrokuboklardan bir illik diskvalifikasiya edilən və apellyasiya şikayəti verən "İnter"ə isə heç cür kömək edə bilməyəcəklərini söyləyib:

"Çünki bu məsələ "İnter" və İdman Arbitraj Məhkəməsi arasındadır".

UEFA qaydalarına əsasən, Avropa kuboklarında iştirak etmək üçün klub ən azı 3 il fəaliyyətdə olmalıdır. "Zirə" isə cəmi 2 ildir fəaliyyət göstərir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail