Payet: "Mən buradayam və xoşbəxtəm"

11.06.2016 | 4991 dəfə oxunub

"Oyuna qədər mənə hər şeyin necə baş verəcəyini desəydilər, inanmazdım. Birinci hissənin ilk 15 dəqiqəsində çoxlu səhv etdik. Bundan başqa, rəqib yaxşı müdafiə olundu. Elə bil kimsə ayağımızdan tutmuşdu və bizi oynamağa qoymurdu".

Stadium.az xəbər verir ki, bu sözləri Fransa millisinin futbolçusu Dimitri Paye "Avro-2016"da Rumıniyaya 2:1 hesabı ilə qalib gəldikləri açılış matçından sonra deyib.

O, rəqibin onlara çətinlik yaratdığını bildirib:

"Çoxlu qol epizodları yaratsaq da, fərqlənə bilmirdik. Ancaq sonda qələbə qolunu vurmağı bacardıq.  Bugünkü qalibiyyət yaxşı hazırlığımızın bəhrəsidir".

Komandasının qələbə qolunun müəllifi olan 29 yaşlı hücumçu azarkeşlərin dəstəyi ilə vacib 3 xal qazandıqlarını bildirib:

"İndi növbəti görüşə sakit hazırlaşmaq olar. 2-3 top fərqi ilə qalib gəlsəydik, öz gücümüz barədə yanlış təsəvvür yaranacaqdı. İndi isə əmin olduq ki, asan oyun olmur".  

D.Paye bəzi insanların onun Fransa millisində oynamasını düşünmədiyini də söyləyib:

"Bəziləri komanda yoldaşlarımı çox tənqid etdi. Bu insanlar mənim Fransa millisində oynayacağımı düşünmürdülər. Ancaq mən buradayam və xoşbəxtəm. Özümü sübut etmək üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail