Maradona Messiyə görə FİFA prezidentinə xahiş edəcək

31.03.2017 | 2212 dəfə oxunub

Maradona FİFA prezidenti Canni İnfantino ilə görüşmək niyyətindədir. Stadium.Az xəbər verir ki, argentinalı futbol əfsanəsi həmyerlisinə kəsilən 4 oyunluq diskvalifikasiya cəzasına yenidən baxılmasına nail olmaq istəyir.

"Mənə görə, bu cəza çox ağırdır. Messinin sözləri ciddi təhqir olsa da, FİFA qərarını yenidən nəzərə keçirə bilər. Messi hər kəslə mülayim davranır. Bu hadisəni Zidanın Materazzini başla vurmasına bənzədirəm. Leonun olmaması fundamental itkidir. Onunla və onsuz milli komanda arasında böyük fərq var" - Maradona deyib.

2018 DÇ seçmə mərhələsində Çili ilə oyundan sonra Messi yan xətt hakimi ilə qısa söhbət etmişdi. Kameralar onun təhqiramiz söz işlətdiyini qeydə almışdı. Bundan sonra 4 oyunluq cəza alan argentinalı ulduza 10 min İsveçrə frankı həcmində cərimə də kəsilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail