"Samtredia" - "Qarabağ" oyununa serbiyalı hakimlər

16.07.2017 | 795 dəfə oxunub

"Qarabağ"ın Gürcüstanda "Samtredia" ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün bütün təyinatlar açıqlanıb.

Stadium.Az xəbər verir ki, qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Srcan Yovanoviçə Uroş Stoykoviç və Milan Mixayloviç yan xətt, Marko Popoviç dördüncü hakim qismində yardımçı olacaqlar. Rumıniyalı Pol Daniel Zaharya UEFA nümayəndəsi, macarıstanlı Laslo Vaqner isə hakim-inspektordur. 
 
İyulun 18-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Srcan Yovanoviç ötən gün elə Tbilisidə İngiltərə və Portuqaliyanın 19 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçirilmiş final matçının baş hakimi olub. Görüş İngiltərə millisinin qələbəsi ilə yekunlaşıb - 2:1. 31 yaşlı referi qalib komandadan 3 futbolçuya sarı, o cümlədən, 1 qırmızı vərəqə göstərib. Portuqaliya isə 1 "sarı" ilə kifayətlənib. Serbiyalı baş hakim final matçından sonra Gürcüstan paytaxtını tərk etməyərək, "Samtredia" - "Qarabağ" matçının keçiriləcəyi günədək gözləyəcək.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.11.2017

22.11.2017

20:08  "Qarabağ" - "Çelsi" - HEYƏTLƏR

02:37  APOEL - “Real” - 0:6 VİDEO

21.11.2017

20.11.2017

16:11  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

13:42  Morata niyə belə edir? - FOTO

19.11.2017

18:53  "Qəbələ" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB

16:23  "Neftçi" - "Qəbələ" - HEYƏTLƏR

14:22  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 1 1 17:4 25  
2. Zirə 11 7 3 1 19-8 24  
3. Qəbələ 11 7 1 3 16:11 22  
4. Sumqayıt 11 5 1 5 14:15 16  
5. Neftçi 11 4 1 6 12-11 13  
6. Səbail 10 3 0 7 6-16 9  
7. Keşlə 11 2 2 7 8:17 8  
8. Kəpəz 11 2 1 8 7-17 7  
15.10Səbail ---Neftçi
14.10Sumqayıt 0-1Qəbələ
14.10Zirə 3-0Kəpəz
13.10Keşlə 0-2Qarabağ
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ