"Neymarın qalmasını istəyirdik, amma o da öz seçimini etdi" - "Barsa"nın baş məşqçisi

05.08.2017 | 3455 dəfə oxunub

"Barselona"nın baş məşqçisi Ernesto Valverde 222 milyon avro qarşılığında PSJ-yə transfer olan Neymar barədə danışıb.


Stadium.az xəbər verir ki, kataloniya klubunun çalışdırıcısı braziliyalı futbolçunu komandada saxlamaq istədiklərini bildirib:


"Hər insanın taleyi öz əlindədir. Neymar'ın qalmasını istədik, amma o da öz seçimini etdi. Biz artıq gələcəyimizə baxırıq".


PSJ-nin prezidenti Naser El-Xelaifi Neymarın PSJ-yə pula görə gəlmədiyini bildirib:


"Sizə qaranti verirəm ki, Neymar PSJ-ni pula görə seçməyib. Bizdə qazanacağı pulu başqa yerlərdə də qazana bilər. O, bura rəqabət və yeni macəra üçün gəldi. Dünyanın hər yerində bizim transfer manşetlərdə yer alıb. Bu transferdən hələ çox danışacağıq. Bir daha söyləyirəm ki, Neymar PSJ-yə pul üçün yox, titullara görə gəlib. Bizi seçdiyi üçün Neymara təşəkkürlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail